Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq gününə həsr olunan tədbir keçirilib

Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq gününə həsr olunan tədbir keçirilib Komitənin sədr müavininin məruzəsi dinlənilib
Elm və təhsil
11 Noyabr , 2016 19:48
Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq gününə həsr olunan tədbir keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Nardaran Bilik Evində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib.

Bilik Fondundan "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun mühazirəsi dinlənilib.

“Tolerant və multikultural dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən mühazirədə Nardaran Bilik evinin direktoru millət vəkili Dilarə Cəbrayılova, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, nardaranlı məktəblilər, müəllimlər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Beynəlxalq Tolerantlıq Günü ərəfəsində bütün bölgələrdə maarifləndirici tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi