Yuxarı

Müxtəlif səbəblərdən 9-cu sinfi bitirə bilməyən 35 nəfər imtahan verib

Müxtəlif səbəblərdən 9-cu sinfi bitirə bilməyən 35 nəfər imtahan verib
Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olmuş 35 nəfər qeydiyyatdan keçib.

Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilmiş imtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Qeyd edək ki, eksternat qaydasında keçirilmiş imtahanda müvəffəq olmuş şəxslərin ümumi orta təhsil haqqında sənəd əldə etmələri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmələri vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi