Yuxarı

Mustafa Babanlı: “Əsas problemlərdən biri ədəbiyyatların kiril əlifbasında olmasıdır”

Mustafa Babanlı: “Əsas problemlərdən biri ədəbiyyatların kiril əlifbasında olmasıdır”
“Bu məsələ tədris ilinin sonuna kimi həllini tapmalıdır”

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bugünkü əsas problemlərindən biri sahə ədəbiyyatının kiril əlifbasında olmasıdır. Hazırda bu problemin həlli istiqamətində işlər görülür".

"Report" xəbər verir ki, bunu universitetin rektoru Mustafa Babanlı deyib.

Rektorun sözlərinə görə, 2016/2017-i tədris ilinin sonuna kimi məsələ həllini tapmalıdır: "İlk növbədə, bu sahədə lazım olan əsas kitabların latın qrafikasına keçirilməsini təmin edəcəyik. Hətta həmin kitabların elektron versiyaları da olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi