Yuxarı

Azərbaycanda elmi-tədqiqat müsabiqəsinə 1 milyon manatdan yuxarı layihələr təqdim olunub

Proqramlar Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bu ilin iyul ayında aktual elmi və texnoloji problemlərin həllinə yönələn elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə elan edilən müsabiqənin yekunları müzakirə olunub. "Report" xəbər verir ki, yekunlar barədə məlumat verən AMEA-nın elmi təşkilat idarəsinin rəisi Әminağa Sadıqov deyib ki, proqram Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarı ilə elan edilib. 

Onun sözlərinə görə, proqramların təqdim olunması üçün 3 ay vaxt verilmişdi: "Müsabiqəyə təqdim olunan proqramlar fundamental və tətbiqi elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınmaqla araşdırmaların elm sahələrinin qovşağında (multidisiplinar) aparılmasına üstünlük verməklə hazırlanıb, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlib". 

Ә.Sadıqov onu da vurğulayəb ki, müsabiqəyə 142 proqram təqdim edilib: "Layihələrin ümumi smeta dəyəri 24 milyon 250 min manat olub. Müsabiqədə Fizika-Riyaziyyat və Texniki Elmlər bölməsi 56, Kimya Elmləri bölməsi 17, Yer Elmləri bölməsi 12, Bilgi və Tibb Elmləri bölməsi 30, Aqrar Elmlər bölməsi, Naxçıvan bölməsi, Respublika Seysmoloji Xidmət Mərkəzi və Elmi İnnovasiyalar Mərkəzi 1, Humanitar və İctimai Elmlər bölməsi 23 layihə təqdim edib. Müsabiqədə dəyəri 100 min manata kimi olan proqramların sayı 63, dəyəri 100-300 min manata kimi olan proqramların sayı 68, 300-500 min manatadək 7, 500 mindən 1 milyon manatdək 2, 1 milyon manatdan yuxarı proqramların sayı isə 2 olub. Proqramlar Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi