Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub Birgit Vaysgerber: "Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətində aparıcı xəttdir"
Elm və təhsil
16 Noyabr , 2016 18:35
Multikulturalizm Mərkəzinin Drezden filialında Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialında 16 Noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov, SlLUB Kitabxanasinin direktoru professor Tomas Burger və Drezden şəhər meriyasinin şöbə müdiri İrma Castillo, Maissen səhər meriyasinin xariçi ölkələrlə iş söbəsinin müdirinin müavini, əslən Bakıdan olan dr. Lora Valter, Avropa Azərbaycanlilari Konqresinin Prezidenti Samira Patzner-İsmaylova, Drezden şəhər meriyasinin deputatları, nüfuzlu ictimai xadimləri və Drezden Universitetinin professor – tələbə kontingenti iştirak ediblər.

Mərasimi BBMM-in Drezden filialının icraçı direktorudur. Birgit Vaysgerber açaraq tolerantlığın və multikulturalizmin Azərbaycanda əsrlərə söykənən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu vurğulayıb.

Filialın müşaviri Ağa Hüseyn Babayev Azərbaycanın multikultural dəyərləri və tolerantlıq ənənələrindən söz açıb.

Tədbirdə vaxtilə Azərbaycanda Neft Akademiyasının tələbəsi olmuş Jan Gueiber Bakı ilə bağlı xatirələrini bölüşüb. 

Son xəbərlər

Orphus sistemi