Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı yaradılan sənəd qəbulu məntəqəsi işini yekunlaşdırır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı yaradılan sənəd qəbulu məntəqəsi işini yekunlaşdırır Müsabiqədə iştirak etmək istəyən 393 nəfər müəllim qeydiyyatdan keçib
Elm və təhsil
12 May , 2016 13:30
Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı yaradılan sənəd qəbulu məntəqəsi işini yekunlaşdırır

Bakı. 12 may. REPORT.AZ/ Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan sənəd qəbulu məntəqəsi işini yekunlaşdırır.

İdarədən "Report"a verilən məlumata görə, məntəqə işini bu gün saat 18:00-da başa çatdıracaq.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə keçirir. 

Mayın 3-dən 10-dək müsabiqədə iştirak etmək istəyən 393 nəfər müəllim (345 nəfər Azərbaycan bölməsi, 48 nəfər rus bölməsi üzrə) müəllim www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib.

Nəzərinizə çatdırırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə üç mərhələli müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi çərçivəsində elektron qaydada qeydiyyatdan keçən şəxslərin tələb olunan sənədləri təqdim etməsi üçün məntəqələr yaradılıb. 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində çalışan və yerdəyişmə müsabiqəsində iştirak üçün müraciət edərək elektron qaydada qeydiyyatdan keçmiş, lakin müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müsabiqə ilə əlaqədar təşkil olunan Qəbul məntəqəsinə təqdim etməyən müəllimlərin qeyd olunan vaxtdan sonra təqdim edilən sənədləri qəbul edilməyəcək.

Son xəbərlər

Orphus sistemi