Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı sənəd qəbulu məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı sənəd qəbulu məntəqəsi fəaliyyətə başlayıb - FOTO Sənəd qəbulu məntəqəsi mayın 12-dək fəaliyyət göstərəcək
Elm və təhsil
5 May , 2016 13:26
Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı sənəd qəbulu məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Bakı. 5 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu məntəqəsi fəaliyyətə başlayıb.

İdarədən "Report"a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçən şəxslər tərəfindən təqdim edilən sənədlərin qəbul edilməsi məqsədilə qurumun inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərir. 

Sənəd qəbulu məntəqəsi mayın 12-dək fəaliyyət göstərəcək.

Xatırladaq ki, mayın 3-dən etibarən müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçir. Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş müəllimlər ən geci 3 (üç) iş günü ərzində aşağıdakı sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir).

Son xəbərlər

Orphus sistemi