Müəllimlərin yerdəyişməsi ilə bağlı iki mərhələli müsabiqə keçirilir

Müəllimlərin yerdəyişməsi ilə bağlı iki mərhələli müsabiqə keçirilir Müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) mayın 10-da keçiriləcək
Elm və təhsil
7 May , 2015 18:42
Müəllimlərin yerdəyişməsi ilə bağlı iki mərhələli müsabiqə keçirilir

Bakı. 7 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli müsabiqə keçirir. 

İdarədən "Report"a verilən xəbərə görə, müsabiqənin 1-ci mərhələsində ixtisas üzrə test tapşırıqları cavablandırılacaq, 2-ci mərhələsində isə müsahibə təşkil olunacaq.

Müsabiqədə iştirakla bağlı qeydiyyat mayın 1-dən etibarən yekunlaşıb. Müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) mayın 10-da keçiriləcək.

Müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməyənlər müsabiqəyə buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi