Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb - VİDEO

Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb - VİDEO Müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklərin detalları açıqlanıb.
Elm və təhsil
21 Yanvar , 2020 17:52
Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb - VİDEO

Müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklərin detalları açıqlanıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib. 

Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.

Bildirilib ki, “Təhsil haqqında” qanuna edilən əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.

Son xəbərlər

Orphus sistemi