Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.