Yuxarı
    Bağlamaq

    Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

    Müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər

    Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.

    Nazirlikdən bildirilib ki, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

    Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

    Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 29-30-da Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

    Məlumata görə, apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi