Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 11 saxta diplom aşkarlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 11 saxta diplom aşkarlanıb Artıq 3000-dən çox namizəd müsahibədən keçib
Elm və təhsil
25 Avqust , 2017 11:45
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 11 saxta diplom aşkarlanıb
Report

Bakı. 25 avqust. REPORT.AZ/ Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb.

Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Nazirlikdən bildirilib ki, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Burada namizədlərin diplomlarının uyğunluğu yoxlanılır. 

Son xəbərlər

Orphus sistemi