Müəllimlərin işə qəbulu üzrə imtahanlar başa çatıb

Müəllimlərin işə qəbulu üzrə imtahanlar başa çatıb Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
Elm və təhsil
24 İyul , 2019 18:24
Müəllimlərin işə qəbulu üzrə imtahanlar başa çatıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, imtahanlarda 39 mindən çox namizəd iştirak edib. 

İyunun 24-də isə Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

Müəllimlərin işə qəbulu üzrə keçirilən ilk imtahanda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal tolayıb. İyunun 22-də kimya fənni üzrə keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova 60 bal toplayaraq maksimum nəticə göstərib. 

Xatrıladaq ki, imtahanlar iyulun 8-də başlamışdı. 

Son xəbərlər

Orphus sistemi