Yuxarı
    Bağlamaq

    Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır

    Bakı. 24 avqust. REPORT.AZ/ Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. 

    Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçim edə biləcəklər. 

    Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

    Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi avqustun 26-sı saat 23:59-dək davam edəcək.

    Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə avqustun 30-31-də müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi