Yuxarı
    Bağlamaq

    Müəllimlərin əmək haqlarının hesablanmasında yenilik tətbiq olunacaq

    Peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçid planlaşdırılır

    Bakı. 5 may. REPORT.AZ/ "Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı islahatının ikinci mərhələsinə - differansial, yəni, peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi planlaşdırırıq".

    "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
    Nazir bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub: "Belə ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqısı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".
    M. Cabbarov eyni zamanda, müəllim şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: "Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi