Azərbaycan Müəllif Hüquqları Agentliyində 26 müəllifin 46 əsəri qeydiyyatdan keçib

Azərbaycan Müəllif Hüquqları Agentliyində 26 müəllifin 46 əsəri qeydiyyatdan keçib Müəlliflər elektron qeydiyyata üstünlük vermir
Elm və təhsil
18 Avqust , 2015 16:05
Azərbaycan Müəllif Hüquqları Agentliyində 26 müəllifin 46 əsəri qeydiyyatdan keçib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan Müəllif Hüquqları Agentliyində 26 müəllifin 46 əsəri qeydiyyatdan keçib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Müəllif Hüquqları Agentliyindən məlumat verilib.

Məlumata görə, 5 müəllifin 6 əsəri elekron qaydada, digərləri isə adi qaydada qeydiyyata alınıb. 

Agentlikdən bildirilib ki, müəlliflər elektron xidmətlə bağlı ya məlumatsız olur, ya da internet istifadəsində yaranan çətinlik üzündən çox zaman əsərlərinin qeydiyyatını əvvəlki qaydada həyata keçirirlər.

Qeyd edək ki, 2014-cü ildən Müəllif Hüquqları Agentliyində əqli mülkiyyətin elektron qeydiyyat xidməti fəaliyyət göstərir. Online xidmət vasitəsilə müəlliflər vaxt itirmədən asan yolla öz əsərlərini qeydiyyatdan keçirə bilərlər.

Son xəbərlər

Orphus sistemi