​MTRŞ sədrinin müavini: "Bəzi nazirliklərdə hamı bir-biri ilə əcnəbi dildə danışır"

​MTRŞ sədrinin müavini: "Bəzi nazirliklərdə hamı bir-biri ilə əcnəbi dildə danışır" "Dillə bağlı cəmiyyətdə problem var"
Elm və təhsil
23 Noyabr , 2015 14:42
​MTRŞ sədrinin müavini: Bəzi nazirliklərdə hamı bir-biri ilə əcnəbi dildə danışır

Bakı. 23 noyabr. REPORT.AZ/ "Cəmiyyət dillə bağlı televiziya kanallarından çox şey umur. Lakin bəzi nazirliklərin binalarına daxil olanda görürsən ki, hər kəs əcnəbi dildə danışır".

"Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib.

"Televiziya, media dili yaşadan, təbliğ edən vasitədir. Amma biz TV-lərdən bəzən çox şey umuruq. Tez-tez təkrar edirik ki, televiziya cəmiyyətin güzgüsüdür. TV-ləri bir kənara qoyaq. Cəmiyyətdə dillə bağlı problem var. Bakının küçələrində ana övladı ilə, ata övladı ilə, xarici ölkədə iki azərbaycanlı bir-biri ilə başqa dillərdə danışır", - o, bildirib.

Q,Cəbiyev bildirib ki, dil işləməlidir. Əks təqdirdə yaşamayacaq: "Bu dildə yazmalıyıq. Bu dildə danışmalıyıq. Əgər evimizdə danışmırıqsa, işdə danışımırıqsa, dilimiz necə yaşaya bilər?". 

Son xəbərlər

Orphus sistemi