Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahan sessiyası başlayıb

Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahan sessiyası başlayıb İmtahanda 4 magistr iştirak edib
Elm və təhsil
7 Yanvar , 2016 16:53
Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahan sessiyası başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahan sessiyası başlayıb. İnstitutdan "Report"a verilən məlumata görə, "Fotosintezin molekulyar biologiyası" ixtisas fənni üzrə baş tutan ilk imtahanda 4 magistr iştirak edib.

Magistrlar 2 saat imtahan müddətində 5 sualı cavablandırıblar.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi Təhsil şöbəsinin rəisi Ömər Gülalov imtahanın gedişatı ilə tanış olub, imtahan prosesində şəffaflığın təmin edilməsinə şərait yaradıldığını və imtahanın yüksək səviyyədə təşkil edildiyini bildirib.

Xatırladaq ki, keçən ilin fevralında AMEA-da ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunub, 7 ixtisas üzrə ümumilikdə 19 nəfər magistraturaya daxil olub. Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi həyata keçirilib.

AMEA-da təhsil alacaq 19 gəncdən 4-ü Biologiya və Tibb Elmləri Bölməsini təmsil edərək “Molekulyar biologiya” ixtisası üzrə təhsil alır. 

Son xəbərlər

Orphus sistemi