Möhsün Nağısoylu: "Azərbaycan dilinin tələblərini pozanlara qarşı cəza tədbirləri görülməlidir"

Möhsün Nağısoylu: "Azərbaycan dilinin tələblərini pozanlara qarşı cəza tədbirləri görülməlidir" Direktor əvəzi: "Azərbaycan dilinin etimoloji lüğəti hazırlanacaq"
Elm və təhsil
25 May , 2016 16:01
Möhsün Nağısoylu: Azərbaycan dilinin tələblərini pozanlara qarşı cəza tədbirləri görülməlidir

Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması istiqamətində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Çünki belə lüğətin hazırlanması dilin tarixinin, onun əski dil əlaqələrinin öyrənilməsi üçün lazımdır".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

O bildirib ki, dilin etimoloji lüğətinin hazırlanması strateji baxımdan da əhəmiyyətlidir: "Bir sıra türkdilli dövlətlərdə belə lüğət olsa da, Azərbaycan dilinin etimoloji lüğəti yoxdur. Bundan əlavə, Azərbaycan dilinin həm orfoqrafiya, həm də yeni izahlı lüğətinin hazırlanması istiqamətində işlər gedir".

O əlavə edib ki, 2020-ci ilədək Azərbaycan dilinin yeni izahlı lüğətinin hazırlanması nəzərdə tutulub: "Bununla yanaşı, Azərbaycan dilinin yeni, təkmilləşdirilmiş elmi qrammatikasının hazırlanması qarşıya qoyulan məqsədlərdəndir. Çünki Azərbaycan dilinin elmi qrammatikası sonuncu dəfə 1981-ci ildə hazırlanıb. Ona görə də türk dilləri üzrə ortaq qrammatikanın da hazırlanması vacibdir".

M.Nağısoylu hesab edir ki, Azərbaycan dilinin tələblərini pozanlara qarşı inzibati qaydada cəza tədbirlərinin görülməsi də məqsədəuyğundur. 

Son xəbərlər

Orphus sistemi