Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub

Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub Universitetin "Dünya məktəbi"nin şagirdləri üçün ərəb dili kurslarının təşkili ətrafında fikir mübadiləsi aparılıb
Elm və təhsil
29 Oktyabr , 2016 04:05
Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və mərkəzin əməkdaşları Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında olublar.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, kafedra müdiri, professor Həmid Vəliyev qonaqlara onun yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə məlumat verib.

Görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib.

Əhməd Sami Elaydi isə Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. O, qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbləri üçün ərəb dili kurslarının təşkili, səfirlik və mərkəzdə istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrları və doktorantlarının ədəbiyyat və digər vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

Həmçinin Xəzər Universitetinin "Dünya məktəbi"nin müəllim və şagirdləri Misir Mədəniyyət Mərkəzini ziyarət ediblər. Görüş zamanı Misir Mədəniyyət Mərkəzi və "Dünya məktəbi" arasında əməkdaşlıq barədə, "Dünya məktəbində" şagirdlərin Misir uşaq ədəbiyyatı ilə yaxından tanış olmaları üçün bədii qiraət saatlarının, eləcə də Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən uşaqlar və müəllimlər üçün ərəb dili kurslarının təşkil olunması barədə təkliflərin müzakirəsi aparılılıb.

Son xəbərlər

Orphus sistemi