Yuxarı

Misirin Azərbaycandakı səfiri Milli Kitabxananı ziyarət edib

Səfir Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət görməsindən məmnunluq edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Milli Kitabxananı ziyarət edib.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, səfir ziyarət zamanı Milli Kitabxananın direktoru professor Kərim Tahirovla görüşüb.

Görüşdə kitabxananın direktoru qonaqlara müəssisə barədə məlumat verib. O, Milli Kitabxananın respublikanın ən iri kitabxanası olduğunu bildirib. O, həmçinin İskəndəriyyə kitabxanası ilə əlaqələrdən, qarşılıqlı münasibətlərdən danışıb.

Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi Mərkəz tərəfindən ərəb dilində 5 min ədəbiyyatın elektron variantının Azərbaycan Milli Kitabxanasına hədiyyə edildiyini söyləyib, həmin resursların tədqiqatçılar üçün əhəmiyyətindən danışıb.

Səfir Suzan Cəmil Azərbaycanda işləməkdən məmnunluq duyduğunu, özünü çox xoşbəxt hesab etdiyini bildirib. Səfir Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin sevindirici hal olduğunu bildirib.

Sonda Suzan Cəmil kitabxana ilə yaxından tanış olub, xatirə hədiyyələri təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi