Yuxarı
    Bağlamaq

    Misirin Azərbaycandakı səfiri Bilik Fondunda olub

    Görüşdə bir sıra məsələlər müzakirə olunub

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

    Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, görüşdə səfirliyin Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi də iştirak edib.

    Görüşdə səfirə Bilik Fondunun Mərkəzlə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib və Bilik Fondu tərəfindən səfirlik əməkdaşları üçün Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.

    Səmimi görüşə görə təşəkkürünü bildirən xanım SuzanneMohamedGamil sözügedən layihələrdən məmnun qaldığını və Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını deyib. Maarifləndirmə istiqamətində həyata keçiriləcək gələcək birgə layihələrbarədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi