Misirin Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Misirin Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib Bakı. 30 mart. REPORT.AZ/ Misirin Ali Təhsil Nazirliyi 2018-2019- ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün nazirliyin nəzdində fəaliyyət göstərən Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzində ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edib.
Elm və təhsil
30 Mart , 2018 11:57
Misirin Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Bakı. 30 mart. REPORT.AZ/ Misirin Ali Təhsil Nazirliyi 2018-2019- ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün nazirliyin nəzdində fəaliyyət göstərən "Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi"ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edib.

"Report" xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu aprelin 1-də başlayacaq və mayın 1-də yekunlaşacaq. 

Proqramda iştirak etmək istəyən şəxslər göstərilən tarixdə xarici pasport və şəxsiyyət vəsiqəsi ilə Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi