Misir səfirliyi Azərbaycan kitabxanasına beş min kitabın elektron versiyasını bağışlayıb

Misir səfirliyi Azərbaycan kitabxanasına beş min kitabın elektron versiyasını bağışlayıb Səfirliyin mədəniyyət müşaviri Azərbaycan Milli Kitabxanasının rəhbəri ilə görüşüb
Elm və təhsil
9 Yanvar , 2015 13:50
Misir səfirliyi Azərbaycan kitabxanasına beş min kitabın elektron versiyasını bağışlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüb. 

Mərkəzdən "Report"a verilən məlumata görə, kitabxananın direktoru Milli Kitabxanada olan yeniliklərdən söhbət açıb. Ə.S.Elaydi isə oxucuların marağında olduqları kitabların Misirdən gətirilməsinin mümkünlüyünü vurğulayaraq, Milli Kitabxananın Azərbaycandakı rolundan danışıb. O, Misirdə keçiriləcək kitab sərgisində Milli Kitabxananın kitablarının sərgilənməsinin vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasındakı qarşılıqlı mədəni əlaqələrdən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılıb və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonda Ə.S.Elaydi ərəb dilində müxtəlif mövzularda olan beş minə yaxın kitabın elektron versiyasını və Misir mədəniyyətini əks etdirən kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi