​Dillər Universitetində "NİL - bilik və dostluq yarışması" keçirilib

​Dillər Universitetində "NİL - bilik və dostluq yarışması" keçirilib Qalib komandaya Misir Mədəniyyət Mərkəzinin xüsusi sertifikatı və qiymətli hədiyyə təqdim olunub
Elm və təhsil
14 Dekabr , 2014 10:24
​Dillər Universitetində NİL - bilik və dostluq yarışması keçirilib
Bakı. 14 dekabr. REPORT.AZ/ Ötən gün Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin Misir Mədəniyyət Mərkəzi (MMM) ilə birgə təşkil etdiyi ilk “NİL bilik yarışması” (Brain Ring) keçirilib.

Mərkəzdən “Report”a verilən məlumata görə, MMM-in müdiri Əhməd Sami Elaydi çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Dil bilməyin üstünlüklərindən danışan Ə.Sami Elaydi Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinə böyük maraq göstərildiyini vurğulayıb. Bildirilib ki, 18 dekabr - Beynəlxalq Ərəb Dili Gününə həsr olunan yarışma ərəb dilinin və mədəniyyətinin təbliği ilə yanaşı, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına kömək edəcək.

Yarışmada təqdim edilən suallar ərəb dili və ədəbiyyatı, ərəb ölkələrinin tarixi və coğrafiyası, adət-ənənələri ilə bağlı olub.

Qalib komandaya Misir Mədəniyyət Mərkəzinin xüsusi sertifikatı və qiymətli hədiyyə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi