Misir Mərdənov hesabat verib

Misir Mərdənov hesabat verib Hesabat ilində institutda 22 doktorant təhsil alıb, bu il 4 doktorant qəbul olub, 9 nəfər isə doktorantura təhsilini başa vurub
Elm və təhsil
10 Dekabr , 2014 17:53
Misir Mərdənov hesabat verib
Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında institutun cari il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. "Report" xəbər verir ki, iclasda çıxış edən institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov görülən işlər barədə şura üzvlərinə məlumat verib. 

Onun sözlərinə görə, hazırda institutda 250 nəfər çalışır, onların 159 nəfəri elmi işçidir: "Elmi işçilərdən 41-i elmlər doktoru, 89-u isə fəlsəfə doktorudur. AMEA-ya keçirilən seçkilərdə 3 əməkdaşımız müxbir üzv seçilib. Beləliklə, institututda 2 akademik və 4 müxbir üzv fəaliyyət göstərir. Hesabat ilində institutda 22 doktorant təhsil alıb, bu il 4 doktorant qəbul olub, 9 nəfər isə doktorantura təhsilini başa vurub".

M.Mərdanov həmçinin qeyd edib ki, il ərzində dissertasiya şurasında 21 nəfər dissertasiya işi müdafiə edib, onlardan 7-si elmlər doktoru, 14 nəfəri isə fəlsəfə doktorudur: "Müdafiə edənlərdən 13 nəfəri (3 elmlər doktoru, 10 fəlsəfə doktoru) institutun əməkdaşlarıdır. Bu ilində institut əməkdaşlarının 390 elmi işi, o cümlədən xaricdə 107, impakt faktorlu olan jurnallarda 56 məqaləsi və 166 tezisi çap olunub, elmi işçilərin əsərlərinə olan isnadların sayı 850-ə çatıb. Qeyd edək ki, keçən il istinadların sayı 672 idi".

Elmi Şura üzvləri institutun bu ilki fəaliyyətini müsbət qiymətləndirib. 

Daha sonra gələn il üçün təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi