Yuxarı

Azərbaycan Misirdə keçiriləcək 46-cı Beynəlxalq kitab sərgisində təmsil olunacaq

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Kərim Tahirov və Nizami Cəfərovla görüşüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Misir Mədəniyyət Mərkəzini ziyarət edib. Bu barədə "Report"a Mərkəzdən məlumat verilib. 

Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi bu görüşdən məmnunluğunu bildirib, Azərbaycan Milli Kitabxanasının fəaliyyətini yüksək qiymətləndirib.

K.Tahirov yanvarın 28-də Misirdə keçiriləcək 46-cı Beynəlxalq kitab sərgisində Azərbaycanı təmsil edəcək Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə Milli Kitabxanadan çoxlu sayda kitab verildiyini və Azərbaycanın bu sərgidə iştirakının vacib olduğunu, ölkənin tanıdılması, coğrafiyasının genişləndirilməsi, üçün bədii qiraətin, kitabın böyük rolundan danışıb.

A.S.Elaydi isə öz növbəsində Misirin qabaqcılq universitetlərindən olan Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisindən və bu Universitetdə Azərbaycana aid guşə yaradılması təklifini irəli sürdü. Mərkəzin rəhbəri Azərbaycan haqqında Misir xalqının çox məlumatlı olduğunu Azərbaycanın tarixi, Qarabağ haqda bir sıra əsərlərin, məqalələrin ərəb dilinə tərcümə olunub Misir oxucularına çatdırılmasının və Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanası arasında müqavilənin yenidən imzalanmasının vacibliyini qeyd edib.

Daha sonra Milli Kitabxananın direktoru Misir Mədəniyyət Mərkəzindəki şərait və bir sıra sahələri əhatə edən kitabxanası ilə tanış olub.

A.S.Elaydi həmçinin Azərbaycan Milli Məclisinin Mədəniyyət məsələləri komissiyasının sədri Nizami Cəfərovla da görüşüb.

Söhbət zamanı N.Cəfərov Azərbaycan və ərəb dilləri barədə, həmçinin Misirlə Azərbaycan arasında mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu vurğulayıb. Eyni zamanda görüşdə Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsi təklifi irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi