Misir Mədəniyyət Mərkəzinin rəhbəri Bakı Qızlar Universitetində olub

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Bakı Qızlar Universitetində olub Əhməd Sami Elaydi: "Azərbaycanı ikinci vətənim hesab edirəm"
Elm və təhsil
19 Fevral , 2015 20:22
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Bakı Qızlar Universitetində olub

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı Qızlar Universitetində Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ilə görüş keçirilib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, universitetin rektoru, professor Ağarəhim Rəhimov qonağı salamlayaraq, Misir haqqında tələbə və müəllim heyətinə bir sıra məlumatlar verib və ali təhsil müəssisəsində ilk dəfə təşkil olunan bu mühazirədə tələbələrin yaxından maraqlanmasını bəyəndiyini qonağın nəzərinə çatdırıb.

Daha sonra rektor çıxış etmək üçün sözü Ə.S.Elaydiyə verib. Misir Mədəniyyət Mərkəzinin rəhbəri mühazirənin təşkil olunmasına görə Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimova öz təşəkkürünü bildirib. Sonra qonaq tələbələrə Misir tarixindən, Qədim Misir sivilizasiyası haqqında, Misir mədəniyyəti, Azərbaycanda təhsil aldığı müddətdə ölkə ilə tanışlıq, regionlara səfərlərindən söhbət açıb: “Mən Azərbaycanda təhsil aldığım vaxtlarda Azərbaycan xalqının çox mehriban və qonaqpərvər olmasının dəfələrlə şahidi olmuşam. Azərbaycan xalqı özünə məxsus xüsusiyyətlərə malik bir xalqdır. Bu ölkə mənim üçün çox doğmadır. Azərbaycanı ikinci vətənim hesab edirəm. Əvvəllər təhsil aldığım bir ölkədə diplomat kimi yenidən fəaliyyət göstərdiyim üçün çox xoşbəxtəm". Bundan başqa, qonaq Misirin Azərbaycanın müstəqilliyinin ilk tanıyan ölkələrdən biri olduğunu bildirib.

Sonra Ə.S.Elaydi Misirin ən qabaqcıl universitetlərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi olunmasından və hər il Azərbaycan dilini yüzdən çox tələbənin öyrəndiyini qeyd edib. Mühazirə zamanı Misir universitetləri ilə Bakı Qızlar Universiteti arasında gələcəkdə müqavilələrin bağlanması və tələbə mübadiləsi barədə təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi