Yuxarı

Misir Mədəniyyət Mərkəzinin müdiri Xarici Dillər Gimnaziyasında olub

Görüşdə gimnaziyanın ərəb dili müəllimləri üçün ərəb dili üzrə təkmilləşdirmə kurslarının təşkil olunması müzakirə edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasını ziyarət edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, gimnaziyanın direktoru, əməkdar müəllim Məhəmmədəli Abbasov gimnaziyanın yaranma tarixindən, gimnaziyada təhsil alan şagirdlərin xarici dillərə olan maraqlarından, gimnaziyada 10 ərəb dili təmayüllü sinfin olmasından danışıb.

Ə.S.Elaydi isə Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı 15 illik fəaliyyətindən, Mərkəzin fəaliyyət istiqamətlərindən, fəaliyyət istiqamətlərindən biri olan ərəb dilinin tədrisi və bunun üçün edilən səylərdən söhbət açıb.

Misir Mədəniyyət Mərkəzi ilə birgə ərəb dili üzrə şeir və ya inşa müsabiqələrinin, Qədim Misir sivilizasiyasından bəhs edən sərgilərin keçirilməsi, o cümlədən gimnaziyanın ərəb dili müəllimləri üçün Mərkəzində ərəb dili üzrə təkmilləşdirmə kurslarının təşkil olunması təklifləri müzakirə olunub.

Ə.S.Elaydi gimnaziyanın müəllim və şagird heyətini Misir tarixi və mədəniyyəti haqqında geniş məlumat əldə etmək üçün Misir Mədəniyyət Mərkəzinə dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi