Yuxarı

Misir Mədəniyyət Mərkəzi ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq müzakirə olunub

İki ölkənin Milli Kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsi üçün birgə tədbirlərin keçirilməsi vacibliyi vurğulanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovla görüş keçirib.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Misir mədəni əlaqələri, hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Misirin Milli Kitabxanaları arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə tədbirlərin keçirilməsi və Milli Kitabxana üçün lazımlı kitabların Misirdən gətirilməsinin mümkünlüyü barədə müzakirələr aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi