Mingəçevirin təhsil müəssisəsi Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib

Mingəçevirin təhsil müəssisəsi Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib Mingəçevir. 23 may. REPORT.AZ/ Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransda turizm sənayesi üçün kadr hazırlığı mövzusunda müzakirələrə qatılıb.
Elm və təhsil
23 May , 2018 06:57
Mingəçevirin təhsil müəssisəsi Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib

Mingəçevir. 23 may. REPORT.AZ/ Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransda turizm sənayesi üçün kadr hazırlığı mövzusunda müzakirələrə qatılıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” adlı beynəlxalq konfrans Rusiyanın Sankt Peterburq şəhərində keçirilib.

Konfransda Rusiya, İtaliya, Finlandiya və Azərbaycanın təhsil müəssisələri, İtaliyanın Kazarqo şəhərinin meri, həmçinin Sankt-Peterburq şəhərinin Təhsil Komitəsinin rəsmiləri iştirak edib. Beynəlxalq konfransda əsasən turizm bazarının tələb və ehtiyaclarına uyğun kadr hazırlığı ilə bağlı müzakirələr aparılıb. Bu yöndə sosial tərəfdaşlıq münasibətlərinin rolundan danışılıb.

Mingəçevir Turizm Kolleci tədbirdə iki nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda əhatəli məruzə ilə çıxış edib. Ə.Əyyubov son illər Azərbaycanda turizmin inkişfının prioritet vəzifəyə çevrildiyini və bu səbəbdən də turizm sənayesi üçün kadr hazırlığına xüsusi diqqət yetirildiyini qeyd edib.

İki gün davam edən konfrans sonrası İtaliya və Finlandiya təmsilçiləri Azərbaycan təhsil işçiləri ilə işgüzar müzakirələr apararaq uzunmüddətli ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi