Yuxarı
    Bağlamaq

    Mingəçevir şəhər “Gənclər Evi”nə yeni direktor təyin olunub

    Bakı. 27 iyul. REPORT.AZ/ Gənclər və idman nazirinin əmri ilə Tural Kərimov Mingəçevir şəhər “Gənclər Evi”nin direktoru təyin olunub.Gənclər üçün T...

    Bakı. 27 iyul. REPORT.AZ/ Gənclər və idman nazirinin əmri ilə Tural Kərimov Mingəçevir şəhər “Gənclər Evi”nin direktoru təyin olunub.

    Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tural Kərimov bu təyinata qədər Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri işləyib.

    Qeyd edək ki, Mingəçevir şəhər “Gənclər Evi” 16 aprel 2013-cü il tarixdə istifadəyə verilib. “Gənclər Evi”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. “Gənclər Evi”- gənclərin qeyri-formal təhsilini, sağlamlığını, intellektual inkişafını, vətəndaşlıq tərbiyəsini, peşə yönümünü, müasir peşələrə marağını, ictimai fəallığını, eləcə də məlumatlandırılmasını, hüquqi və psixo-sosial dəstəyini, maraqlarını təmin edir. Müəssisənin ümumi sahəsi 3723 kvadratmetrdir. Müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 100 nəfərlik konfrans zalı, 50 nəfərlik konsert zalı, “Vətənpərvərlik klubu”, ”Ünsiyyət klubu”, “Gənclərin intellektual klubu”, “Kompüter mərkəzi”, “Xarici dil klubu”, ”Masaüstü oyunlar klubu”, “İstedadların hazırlığı laboratoriyası”, “Qalereya”, “Gənc ailələrə dəstək mərkəzi”, “Debat otağı”, “Sosial-psixoloji xidmət-Qaynar xətt”, “Gənc texniklər mərkəzi”, “Yaşıl şəhər ekologiya dərnəyi”, “Elektron kitabxana”, “Karyera mərkəzi”, “Peşəyönümü mərkəzi”, “Teatr studiyası”, “Gənclər təşkilatlarının koordinasiya mərkəzi”, müdir və işçi otaqları, server otağı və sanitar qovşaqlar mövcuddur. Bina lazımi inventar və avadanlıqlarla təchiz edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi