Milli Məclisin komitə sədri: "AMEA-da aparılan tədqiqatların böyük əksəriyyəti cəmiyyətə çatdırılmır"

Milli Məclisin komitə sədri: "AMEA-da aparılan tədqiqatların böyük əksəriyyəti cəmiyyətə çatdırılmır" "Tədqiqatların cəmiyyətə çatdırılmasını təmin edən xüsusi qurum yaradılmalıdır"
Elm və təhsil
11 Noyabr , 2015 11:24
Milli Məclisin komitə sədri: AMEA-da aparılan tədqiqatların böyük əksəriyyəti cəmiyyətə çatdırılmır

Bakı. 11 noyabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan tədqiqatların cəmiyyətə çatdırılmasını təmin edən xüsusi qurum yaradılmalıdır".

Bunu "Report"a müsahibəsində professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.

Bu günlərdə AMEA-nın 70 illiyinin qeyd olunduğunu xatırladan millət vəkili Azərbaycan elminin yalnız AMEA-da təzahür etmədiyini vurğulayıb: "Gözəl universitetlərimiz var. Alimlərimiz var ki, dünya miqyasında tədqiqatları ilə tanınırlar. Bizdə elmi təfəkkür ənənəvi olaraq kifayət qədər güclüdür. Ən böyük problemimiz ayrı-ayrı alimlərimizin, tədqiqatçıların, mütəfəkkirlərin uğurlarının cəmiyyətə vaxtında çatdırılmamasıdır. Əslində, AMEA-da aparılan tədqiqatların böyük əksəriyyəti cəmiyyətə çatdırılmır. Akademiyada aparılan tədqiqatların cəmiyyətə çatdırılmasını təmin edən xüsusi qurum olmalıdır. Bu sahədə çalışırlar. Amma iş lazımi şəkildə deyil".

N.Cəfərov Azərbaycanda elmə diqqətin güclü olduğunu da vurğulayıb: "Azərbaycan dövləti AMEA-ya, elmə bütün imkanları yaradıb. İşlər kifayət qədər yüksək səviyyədə gedir. Müxtəlif sahələrdə yüzlərlə alimin adını çəkmək olar, amma gərək onların fəaliyyəti cəmiyyətə çatdırılsın, kütləviləşdirilsin". 

Son xəbərlər

Orphus sistemi