Yuxarı
    Bağlamaq

    Milli Məclisdə elm və təhsil sahəsində müzakirə olunacaq qanun layihələri müəyyənləşdirilib

    Komitənin bugünkü iclasında 5 məsələ müzakirə edilib

    Bakı. 9 dekabr. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin 2016-cı ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. "Report" xəbər verir ki, plan barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

    Onun sözlərinə görə, planda "Elm haqqında" qanun layihəsinin qəbul edilməsi, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanmasının təşkili, eləcə də ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və ali təhsil haqqında qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması yer alıb.

    Xatırladaq ki, komitənin bugünkü iclasında 5 məsələ müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi