Milli Məclis "Elm haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib - YENİLƏNİB

Milli Məclis "Elm haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib - YENİLƏNİB "Elmi innovasiya və sahibkarlıq haqqında" ayrıca qanun layihəsi hazırlanacaq
Elm və təhsil
17 May , 2016 15:49
Milli Məclis Elm haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib - YENİLƏNİB

*** 14:32

Bakı. 17 may. REPORT.AZ/ Milli Məclisdə "Elm haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin yeni variantı 7 fəsil, 41 maddədən ibarətdir.

Komitə sədri bildirib ki, elmi fəaliyyətin bəzi növlərinə məhdudiyyətlər qoyulması, magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması, eləcə də Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və digər məsələlər layihədən çıxarılıb.

Bundan başqa, dövlət elmi ekspertiza şurası kimi paralel qurumun yaradılmasına ciddi ehtiyac olmadığı üçün bu məsələ də layihəyə salınmayıb. Həmçinin, bir neçə maddə eyni əhəmiyyət kəsb etdiyindən birləşdirilərək bir maddədə cəmləşdirilib. "İlk dəfədir layihədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Daha bir yenilik elmi rütbə ilə bağlıdır. Bu rütbələr Akademiyanın həqiqi və müxbir üzvləri üçün veriləcək", - deyə İ.Həbibbəyli bildirib.

"Elm haqqında" qanun layihəsinin çərçivə qanunun olduğunu hesab edən İ.Həbibbəyli deyib ki, gələcəkdə "Elmi innovasiya və sahibkarlıq haqqında" ayrıca qanun layihəsi hazırlamaq mümkündür və buna da ciddi ehtiyac var.

Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi