Yuxarı

​Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə valideynlərin cərimələnməsini nəzərdə tutan maddəni ləğv edib

İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilməsi parlamentdə müzakirəyə çıxarılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.

"Report"un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi