Yuxarı
    Bağlamaq

    Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək

    Bakı. 14 may. REPORT.AZ/ Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək.

    AMEA-dan "Report"a verilən məlumata görə, tədbir mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunacaq. 

    Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

    Qeyd edək ki, gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

    Muzey saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi