Mikayıl Cabbarov yeni müsabiqənin keçirilməsi ilə bağlı əmr imzalayıb

Mikayıl Cabbarov yeni müsabiqənin keçirilməsi ilə bağlı əmr imzalayıb Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub
Elm və təhsil
5 May , 2015 17:05
Mikayıl Cabbarov yeni müsabiqənin keçirilməsi ilə bağlı əmr imzalayıb

Bakı. 5 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək və mütaliəyə meyil və maraqlarını gücləndirmək üçün onların arasında sağlam rəqabət yaradılmasına nail olmaqdır.

Əmrə əsasən, 2015-2016-cı dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilməli, müsabiqənin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq olunmalıdır.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.               

Son xəbərlər

Orphus sistemi