Yuxarı

Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı əmr imzalayıb

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdir.

Əmrə əsasən, ildönümün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilməli, nazirliyin müvafiq struktur bölmələri, yerli təhsili idarəetmə orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməlidirlər.

Əmrdə o da qeyd olunur ki, Fəaliyyət planında nəzərdə tutulan inşa yazı və rəsm müsabiqələrinin, idman yarışlarının keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin Naxçıvan MR üzrə təşkili muxtar respublikanın Təhsil Nazirliyinə (P.Nağıyev) həvalə olunub.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi