Mikayıl Cabbarov test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib

Mikayıl Cabbarov test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib Nazir: "Buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir"
Elm və təhsil
11 Sentyabr , 2017 13:28
Mikayıl Cabbarov test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib
Report/ Elşən Baba

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycanda qəbul və buraxılış imtahanlarının 2 ildən sonra yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu birgə işi zəruri edən amil 9 il öncə Azərbaycan məktəblərində yeni məzmun proqramının (kurikulum) tətbiq olunmasıdır: "Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daim həyata keçirilir".

M.Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib: "Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq".

Son xəbərlər

Orphus sistemi