Mikayıl Cabbarov: "Təhsil sistemində hər bir müəllif plagiata yol vermədiyi ilə bağlı öhdəlik götürməlidir"

Mikayıl Cabbarov: "Təhsil sistemində hər bir müəllif plagiata yol vermədiyi ilə bağlı öhdəlik götürməlidir" "Özünü tənzimləmə prinsipləri tətbiq edilməlidir"
Elm və təhsil
7 Aprel , 2016 10:59
Mikayıl Cabbarov: Təhsil sistemində hər bir müəllif plagiata yol vermədiyi ilə bağlı öhdəlik götürməlidir

Bakı. 7 aprel. REPORT.AZ/ "Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran məqsəd və vəzifədir". “Report” xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübə də araşdırılıb: “Bu sahədə uğurlu yollar nədən ibarət ola bilər? Xüsusi vurğulamaq istəyirəm ki, bu istiqamətdə bu gün Azərbaycanda artıq işlər həyata keçirilir. İlk növbədə Müəllif Hüquqları Agentliyi tərəfindən hüquqi çərçivə tərtib edilib və həyata keçirilir. Əminik ki, bu iş yüksək səviyyədə qurulub. Burada bir amil var ki, plagiata qarşı mübarizədə sistem işçisi olan hər birimizin fəal iştirakı da vacibdir. Təhsil sistemində fəaliyyət göstərən rəhbərlər, yaradıcı insanlar, alimlər kənara durub, bütün işin dövlətin həyata keçirilməsini tələb etməməliyik. Biz hər birimiz şəxsən plagiatın aradan qaldırılmasında yaxından iştirak etməliyik, yəni özünü tənzimləmə prinsipləri tətbiq edilməlidir”. 

Nazir qeyd edib ki, əgər plagiat halı varsa deməli onu bir təhsil alan və ya verən edir: “O, çox gözəl başa düşür ki, bu plagiatdır. Təhsil sistemində yaradılan hər bir işin müəllifi birmənalı şəkildə işində plagiata yol vermədiyi ilə bağlı öhdəlik götürməlidir”.  

Son xəbərlər

Orphus sistemi