Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək Görüş Şəmkirdəki Heydər Əliyev Mərkəzində baş tutacaq
Elm və təhsil
7 Aprel , 2015 15:33
Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Şəmkirdə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər. Qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 apreldə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətə məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi