Mikayıl Cabbarov Regional təhsil idarələrinin yaradılmasının əsas məqsədini açıqlayıb - FOTO

Mikayıl Cabbarov Regional təhsil idarələrinin yaradılmasının əsas məqsədini açıqlayıb - FOTO Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq
Elm və təhsil
12 Fevral , 2016 16:41
Mikayıl Cabbarov Regional təhsil idarələrinin yaradılmasının əsas məqsədini açıqlayıb - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Ağstafada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. "Report" xəbər verir ki, M.Cabbarov görüşdə Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədini açıqlayıb: "Yanvarın 1-dən regional maliyyə hesablaşma idarələri fəaliyyətə başlayıb. Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq. Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədi təhsil sahəsinə yönəlmiş sərmayələrin daha səmərələri istifadəsi nəticəsində təhsil sistemində nailiyyətlərin daha da yüksəldilməsinə xidmət edəcək". 

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi əhalini dinləmək, fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır.

Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri əsasən kəndlərdə illər öncə tikilən və hazırda qəzalı vəziyyətdə olan məktəb binalarının yenilənməsi üçün müraciət edib.

 

Son xəbərlər

Orphus sistemi