Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfirini qəbul edib

Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfirini qəbul edib Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub
Elm və təhsil
9 Aprel , 2015 18:23
Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Polşanın Azərbaycana yeni təyin olunan səfiri Marek Tsalkanı qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Görüşdə təhsil naziri polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi