Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edib Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib
Elm və təhsil
16 Fevral , 2015 12:40
Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. "Report" xəbər verir ki, qəbulda Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi