Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edəcək

    Qəbul Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq

    Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov fevralın 16-da, saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

    Qəbula gəlmək istəyən vətəndaşlar 11, 12 və 13 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

    Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi