Mikayıl Cabbarov məktəbli formasına görə yaranan fikir ayrılıqlarına münasibət bildirib

Mikayıl Cabbarov məktəbli formasına görə yaranan fikir ayrılıqlarına münasibət bildirib “Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq”
Elm və təhsil
16 Sentyabr , 2016 14:27
Mikayıl Cabbarov məktəbli formasına görə yaranan fikir ayrılıqlarına münasibət bildirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.

“Report”un məlumatına görə, nazir AZTV-yə müsahibəsində valideynlərin bu məsələni müzakirə etmək haqqının olduğunu vurğulayıb: “Hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni təbii ki, müzakirə etməlidir. Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir”.

Nazir qeyd edib ki, məktəbli formasının tədbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır: “Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq”.

Son xəbərlər

Orphus sistemi