Yuxarı

Mikayıl Cabbarov Masallıda vətəndaşları qəbul edib

Əksər məsələlər yerindəcə həllini tapıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi