Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov Kamal Abdullanı ADU-nun kollektivinə təqdim edib

    Dillər Universitetində tədbir keçirilib© Edu.gov.az

    Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla ali məktəbin kollektivinə təqdim olunub.

    "Report" xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

    M.Cabbarov K.Abdullanın 14 il Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığını, bu rektorluq təcrübəsinin ADU-ya faydalı olacağını deyib.

    Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

    Xatırladaq ki, 2016-cı il dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi