Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov: "Əmək haqqı xərcləri universitetlərin gəlirlərinin 80%-ni təşkil edir"

    Qalan vəsait isə ali təhsil ocaqlarının əsaslı təmirinə, maddi-texniki bazasının maliyyələşdirilməsinə və s. yönəldilir

    Bakı. 30 iyun. REPORT.AZ/ "Ali təhsil sistemində mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir". 

    "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib. 

    Onun sözlərinə görə, ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan təqribən 100 manat vəsaitin 80 manatı müəllimlərin və professorların maaşlarına istiqamətlənir: "Bu rəqəm ali məktəblər arasında dəyişir. Ümumilikdə, universitetlərdə pedaqoji kadrların əmək haqlarına aid olan xərc 80% təşkil edir. Qalan vəsait isə ali təhsil ocaqlarının əsaslı təmirinə, maddi-texniki bazasının maliyyələşdirilməsinə və s. yönəldilir."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi